Bu gün Baki şəhərinin Əhmədli qəsəbəsində yeni yaşayış kompleksinin açılış mərasimi keçirilmişdir

Baki şəhərinin Əhmədli qəsəbəsində 624 mənzilli yüksək mərtəbəli yaşayış binaları inşa olunmuşdur. Kompleksdə tam təmirli, avadanlıqlarla təmin olunmuş mənzillər, parkinq, istirahət guşələri,  uşaqlar üçün oyun və futbol meydançaları, yaşıllıq zonaları salınmışdır.

APA-nın məlumatına görə, mənzillər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına güzəştli ipoteka şərtləri ilə verilib.

Yaşayış şəhərciyində 13 və 15 mərtəbəli binalarda bir, iki və üç otaqdan ibarət 612 mənzil inşa olunub.

Mənzillər tam təmir edilib, elektrik enerjisi, su, qaz və fərdi istilik sistemi ilə təmin olunub.

Yeni mənzil sahiblərini təbrik edən DSX rəisi, general-polkovnik Elçin Quliyevbildirib ki, ipoteka krediti ilə bağlı ölkə prezidentinin verdiyi fərmanlar hərbi qulluqçuların sosial-məişət problemlərinin, xüsusən də mənzil təminatı məsələlərinin həlli üçün müstəsna əhəmiyyət kəsb edib.  E. Quliyev bildirib ki, ölkə başçısı İlham Əliyevin hərbi qulluqçuların mənzil şəraitlərinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqlar uğurla həyata keçirilir, bu yaşayış şəhərciyi də qısa müddət ərzində inşa olunub.

DSX rəisi deyib ki, son illər ərzində Azərbaycan sərhəd mühafizəsinin inkişafı, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və vasitələrin sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində atılan ardıcıl və uğurlu addımlar atılır.

Daha sonra E. Quliyev hərbi qulluqçulara mənzillərin mülkiyyət sənədlərini və açarları təqdim edib. Bundan başqa hərbi qulluqçularla birgə yeni mənzillərə baxış keçirib.  

(с) APA məlumat agentliyi

 

   

   

   

   

   

   

Bakı ş, Ramiz Quliyev küç. 4
(+99412) 379 26 58
(+99412) 379 20 10
info@qarachay.az