«Qaraçay Holding»-in sponsorluğu, «LAYF» Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı, APA TV və «Çox Yaşa» verlişinin informasiya dəstəyi ilə dekabrın 26-da CinemaPlusda (28 mall) xeyriyyə tədbiri keçirilmişdir. Tədbirdə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar və onların yaxınları üçün cizgi filmi nümayiş olunmuşdur.